Müəllimlərin işə qəbulu üzrə növbəti imtahanların vaxtı müəyyən edilib

Cari ilin 28 avqust – 1 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulan işə qəbul imtahanlarında iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndərilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, həmin tarixlərdə ingilis dili, alman dili və kimya  fənləri üzrə növbəti test imtahanları keçiriləcək.

Müsabiqənin test imtahanı mərhələsində iştirak etmiş namizədlərə 24 avqust tarixindən etibarən apelyasiya müraciəti etmək imkanı yaradılacaq.

Avqustun 14-dən etibarən imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində hər gün saat 14:00-da aktivləşdirilən müvafiq xanaya daxil olaraq 2 gün ərzində apelyasiya  müraciəti edə biləcəklər. Yeni tədris ili başlamadan öncə namizədlərin apelyasiya müraciətlərinə baxılacaq.

Qeyd edək ki, bu gün, avqustun 24-də, fiziki tərbiyə və ibtidai sinif müəllimi olmaq istəyən namizədlər üçün test imtahanları keçirilir. İmtahanlarda 3550 namizədin iştirakı nəzərdə tutulur.

Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

Təhsil Nazirliyi test imtahanlarında iştirak edəcək bütün namizədlərə uğurlar arzu edir!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma