Qafqaz Müsəlmanları İdarəsi Aşura günü qanvermə aksiyalarının keçiriləcəyi ünvanları açıqlayıb

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri Məhərrəm ayının 1-i Miladi təqvimlə 2020-cü il avqust ayının 21-nə, Məhərrəm ayının 10-u – Aşura gününün avqust ayının 30-na təsadüf etdiyini bəyan edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Qafqaz Müsəlmanları İdarəsi bütün dindarlara dərin hüznlə başsağlığı verib və Aşura gününün dünyada davam edən koronovirus pandemiyası dövrünə təsadüf etdiyi üçün müsəlmanlara məscidlərdə toplaşmaqdan çəkindirib.

“Heç bir müsəlmanın özünü təhlükəyə atmağa ixtiyarı yoxdur. Çünki bizi yaradan Allah bu canı bizə əmanət olaraq vermişdir və əmanəti sahibinə qaytarana qədər onu qorumaq hər birimizin borcudur. Elə isə bu əmanəti qoruyaq və özümüzü təhlükəyə məruz qoymayaq”, – deyə idarənin rəsmi məlumatında qeyd edilib.

“Qurani-Kərimdə buyurulduğu kimi: “Öz əlinizlə özünüzü təhlükəyə atmayın” (Bəqərə, 195).

Eyni zamanda qeyd edilib ki, Məhərrəmlik dövründə təziyə ehsanı olaraq imkansız ailələrə, maddi sıxıntı çəkən insanlara ərzaq və ya hər hansı sovqatın çatdırılması Allaha xoş gedən bəyənilən əməldir.

Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunəsi olduğunu bildirən Qafqaz Müsəlmanları İdarəsi bu il qanvermə aksiyalarının məscidlərdə deyil ölkəmizin Qan bankının paytaxtda və bölgələrdəki filiallarında keçiriləcəyini xəbər verib.

 Mərkəzi Qan Bankı bölmələrinin ünvanları:

 Mərkəzi Qan Bankı (Bakı şəh) Mirəli Qaşqay küç 87.

 Tel: 907

 Şirvan bölgə bölməsi: Heydər Əliyev pr.16. Şirvan şəhər Mərkəzi Xəstəxanası.

 Tel: 0212150029

 +99450 390 94 33

 Lənkəran bölgə bölməsi: Lənkəran şəhəri Nizami küçəsi 67. Lənkəran Mərkəzi xəstəxanası.

 Tel: 02525 4-09-75

 +99450 315 54 72

 Quba bölgə bölməsi: Quba Qan bankı Fətəli Xan küç 10. Tibb Kollecinin binası.

 Tel: 02333 5-38 -01

 +99450 478 6477

 Sumqayıt bölgə bölməsi: M. Hüseynzadə pr. Təcili Tibbi Yardım Xəstəxanası 1-ci korpus, 1-ci mərtəbə.

 Tel:0186556760

 +99470 726 45 49

 Şəki bölgə bölməsi: Şəki şəh M.Ə.Rəsulzadə 164.

 Tel: 024-244-25-90

 +99455 537 60 15

 Mingəçevir bölgə bölməsi: 20 yanvar küç, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası “C” korpusu.

 Tel: 0242743870

 +99450 550 66 60

 Bərdə bölgə bölməsi: N. Nərimanov küç 2.

 Tel:020 205 02 90

 +99451 362 36 36

 Gəncə bölgə bölməsi: Gəncə ş. S. Hacıyev küç 2.

 Tel: 252 08 45

 +99455 643 45 41

Leave a Reply