Tanınmış İtalyan tenoru “Səkkiz yüz” filminə həsr edilmiş duet təqdim edib

İtaliya əsilli klassik və müasir musiqi ifaçısı Andrea Boçelli Çin pop musiqi ifaçısı Na Ying ilə birgə ifa etdiyi “Remembering” (“Yadda saxla”) musiqi parçasının video çarxını rəsmi YouTube kanalında paylaşıb.

TIME bildirir ki, bu musiqi parçası,  yaxın zamanda premyerası gözlənilən rejissor Guan Hu-nun “Səkkiz yüz” (The Eight Hundred) filminə həsr edilib. Kompozisiya tanınmış İrlandiya xalq mahnısı “Londonderry Air” əsasında yaradılıb. Dünya səviyyəli tanınmış klassik tenor Andrea Bocelli ilk dəfə Çin pop divası Na Ying ilə birlikdə duet oxuyub.

Video çarx, Bocelli-nin çoxdankı iş yoldaşı ssenarist Bob Ezrin, kino musiqi prodüseri Yu Fei ilə birlikdə, səsli və hərəkətli bir musiqi parçası yaratmaq üçün bir-birinə qarışan vokal və orkestr ifası əsasında hazırlanmışdır.

“Səkkiz yüz” filminə gəldikdə isə, qeyd etməliyik ki, əsas süjet 1937-ci ilin sonlarında, Songhu döyüşü zamanı KMT İnqilabçı Ordusunun 88-ci Diviziyasının 524-cü Alayının tərəfdaşlarından bir çayla ayrılaraq, Şanxaydakı Sihang anbarında blokadaya uğraması hekayəsi əsasında yaranıb. Filmdə 400 qəhrəman 4 gün, 4 gecə vuruşurlar, xaricilər və varlı insanlar onları çayın o biri tayından müşahidə edirlər, onlar isə özlərini həvəsləndirmək və düşməndən qorxutmaq üçün 400 deyil 800 nəfər olduqlarını bəyan edirlər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma