Sabahdan milli parklar ziyarətçilər üçün açılır-FOTO

Azərbaycan ekologiya nazirliyi “Milli parklarla” bağlı müjdəli xəbər yayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, nazirliyin Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən aparılan yumşaldılma tədbirləri çərçivəsində sabahdan milli parkların qapıları ziyarətçilər üçün açıq olacaq.

“Milli parklar əvvəlki rejimdə, səhər saat 09:00-dan axşam 18:00-dək fəaliyyət göstərəcək. Turistlər karantin rejiminin tələblərinə əməl etməklə milli parkları ziyarət edə və qapalı məkanlar istisna olmaqla, açıq havada təbiətimizin gözəlliklərini seyr edə bilərlər. Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir”, – deyə nazirliyin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma