Bakıda yeni üslubda parklanma yerləri təşkil edilir

Bakı şəhərində parklanma yerlərinin təşkili və idarə olunmasına dair layihə həyata keçirilir.

TIME rəsmi mənbəyə istinadın bildirir ki, layihənin icrası çərçivəsində yeni yol xəritələri nəzərdən keçirlir. BNA-ya təqdim edilən təkliflərdən birində əksini tapmış 4 mərhələdən ibarət yol xəritəsinə uyğun olaraq Bakı şəhərində ümumi parklanma vəziyyəti araşdırılaraq müvafiq məlumatlar toplanacaq və təhlil olunacaq. Yekun olaraq Bakı şəhərində parklanmanın təşkili üzrə Baş Plan hazırlanacaq. 

Demoqrafik, sosial-iqtisadi, texnoloji, ətraf mühit amillərinin nəzərə alınacağı Baş Plana uyğun olaraq şəhər ərazisi zonalara bölünəcək və hər zonaya fərdi yanaşma tətbiq olunacaq. Hər bir yenilik təhlil olunacaq və zərurət olacağı təqdirdə müvafiq düzəlişlər ediləcək. Qiymət siyasəti, bazarın tələblərinə cavab verən modelin ortaya qoyulması, hamı üçün əlçatanlığın təmin olması və ən əsası  şəffaf idarəetmə Baş planın əsas hədəflərindəndir.

Hədəfə nail olunması üçün innovativ həllərin tətbiqi nəzərdə tutulub. Müasir ödəniş metodları, ağıllı nəqliyyat sistemləri, parkin yerlərinin axtarışı, ağıllı və dəyişən tariflər, təhlükəsizlik və mühafizə baş planda əksini tapan əsas məsələlərdəndir.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi yoldan kənar parklanma sahələrinin təşkili və idarə olunması üzrə yüksək təcrübəyə malik beynəlxalq məsləhətçi şirkət ilə əməkdaşlıq edir. Şirkət parklanma vəziyyətinin qiymətləndirilməsi, mövcud parklanma sahələrinin təhlili, ümumi qiymət siyasətinin müəyyən edilməsi və iqtisadi əsaslandırılması, müvafiq parklanma infrastrukturunun qurulması işlərində məsləhətçi qismində çıxış edir.

Layihə çərçivəsində BNA şəhərimiz üçün parklanmanın inkişaf konsepsiyasının və modelinin hazırlanması, beynəlxalq təcrübələrdən istifadə edərək ümumi parklanma siyasətinin formalaşması, mövcud parklanma qarajlarının inkişaf konsepsiyalarının hazırlanması işləri həyata keçirmək niyyətindədir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma