Azercell mobil tətbiqləri artıq “Kabinetim”də!

İndi mobil operatorun rəqəmsal xidmətlərinə qoşulmaq daha da rahat oldu.

TIME rəsmi məlumata istinadən bildirir ki, Azercell-in müasir telekom bazarında unikal olan “Kabinetim” mobil tətbiqi abunəçilərin rahatlığı üçün daha geniş imkanlar yaradır.

İndi artıq Azercell tətbiqlərinin vahid mənbəyi olan “Kabinetim” tətbiqinin istifadəçiləri onun vasitəsi ilə xidmətlərə abunəlik əldə edə biləcəklər və cari statuslarını asanlıqla izləyib idarə edəcəklər.

Belə ki, “Kabinetim” tətbiqinin son, yenilənmiş versiyasında iVi Mobil Cinema və BluTV tətbiqlərinə anında qoşulma imkanı yaradılıb. Bunun üçün sadəcə “Tətbiqlər” bölməsinə daxil olub, abunə olmaq və istədiyin tətbiqi seçmək lazımdır.  

Xatırladaq ki, iVi tətbiqi minlərlə film və serialı eyni anda 5 cihazdan izləməyə imkan verir. BluTV-yə abunəlik isə eksklüziv olaraq türk film və seriallarını maneəsiz izləmək imkanı yaradır.

Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən “Kabinetim” tətbiqi abunəçilərə nömrəyə tam nəzarət etmək, balansı artırmaq, tarif və internet paketlərini sifariş edib dəyişdirmək, bir çox xidmətləri aktiv və deaktiv etmək imkanı verir.

“Kabinetim” çərçivəsində onlayn çat vasitəsilə müştəri xidmətlərinə birbaşa müraciət etmək mümkündür. Nömrə ilə bağlı əksər əməliyyatların şəxsən abunəçi tərəfindən yerinə yetirilməsi vaxta qənaət etməklə yanaşı, abunəçinin işini asanlaşdırır, onun nömrənin vəziyyəti haqqında daim məlumatlı olmasını təmin edir.

Həm iOS, həm də Android əməliyyat sistemlərində çalışan çoxfunksional “Kabinetim” tətbiqini App Store, PlayStore və ya Huawei AppGallery-dən ödənişsiz olaraq yükləmək mümkündür.


Gələcəkdə “Kabinetim” üzərindən digər tətbiqlərə, o cümlədən, xarici dilləri öyrənmək üçün – Busuu-ya, kitab oxumaq üçün – Bookmate online kitabxanasına, 200-dən çox telekanala abunəlik verən NNTV-yə, 40 milyona yaxın mahnı bazası olan Zvuk-a və digər proqramlara qoşulmaq imkanı yaradılacaq.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma