“Hökümət buludu”nun formalaşdırılması ilə bağlı yeni fərman imzalanıb

Azərbaycan Prezidenti İlham Əliyev Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə dövlət informasiya ehtiyatları və sistemlərinin “Hökumət buludu”nda formalaşdırılması, aparılması və təkmilləşdirilməsi, o cümlədən elektron xidmətlərin təşkili və göstərilməsi ilə bağlı dəstək tədbirləri görməsi ilə bağlı yeni fərman imzalayıb.

TIME sənədə istinadən bildirir ki, fərman, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli, “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli və “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli fərmanlarında dəyişiklik edilməsini nəzərdə tutur.

Fərmana əsasən, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”yə “dövlət qurumları tərəfindən dövlət informasiya ehtiyatları və sistemlərinin “Hökumət buludu”nda formalaşdırılması, aparılması və təkmilləşdirilməsi, o cümlədən elektron xidmətlərin təşkili və göstərilməsi ilə bağlı dəstək tədbirləri görmək;” yarımbəndi əlavə edilir.

Sənədə eyni zamanda “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı məzmunda 2.0.17-1-ci, 3.0.78-1-ci, 3.0.79-1-ci, 3.0.79-2-ci və 3.0.79-3-cü yarımbəndlər əlavə edilməsini nəzərdə tutur:

“2.0.17-1. “Hökumət buludu”nun fəaliyyətini və istifadəsini təşkil edir;”;

“3.0.78-1. “Hökumət buludu”nun idarə olunmasını və fəaliyyətinin təşkilini təmin etmək;”;

“3.0.79-1. dövlət informasiya ehtiyatları və sistemlərinin Nazirliyin Data Mərkəzində saxlanılmasını, həmçinin “Hökumət buludu”ndan istifadəni təşkil etmək;

3.0.79-2. Nazirliyin Data Mərkəzində, eləcə də “bulud” texnologiyasına əsaslanan “bulud” xidmət modellərində dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması və aparılmasını, habelə elektron xidmətlərin təşkili üçün texnoloji mühiti təmin etmək;

3.0.79-3. “Hökumət buludu”nun təhlükəsizliyinin təmin edilməsi üçün aidiyyəti dövlət orqanı ilə birlikdə tədbirlər görmək;”;

2.2. 3.0.79-cu yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.0.79. “Hökumət buludu”nun yaradılması vasitəsilə dövlət qurumlarının informasiya ehtiyatları və sistemlərinin istismarı, bunun üçün tələb olunan infrastrukturun qurulması və standartların formalaşdırılması sahəsində aidiyyəti dövlət qurumları ilə birlikdə tədbirlər görmək;”.

Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1826) ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na aşağıdakı məzmunda 1.8-ci bənd, 6.0.2-1-ci və 7.1.3-1-ci yarımbəndlər əlavə edilir:

“1.8. Dövlət informasiya ehtiyatları və sistemləri “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanında nəzərdə tutulmuş Keçid Planına uyğun olaraq mərhələli şəkildə “Hökumət buludu”nda yerləşdirilir, aparılır və Data Mərkəzində saxlanılır.”;

“6.0.2-1. dövlət informasiya ehtiyatı və sisteminin bu Qaydaların 1.8-ci bəndinə uyğun olaraq mərhələli şəkildə “Hökumət buludu”nda yerləşdirilməsini, aparılmasını və təkmilləşdirilməsini, o cümlədən elektron xidmətlərin təşkilini və göstərilməsini təmin etmək;”;

“7.1.3-1. dövlət qurumları tərəfindən dövlət informasiya ehtiyatlarının və sistemlərinin bu Qaydaların 1.8-ci bəndinə uyğun olaraq mərhələli şəkildə “Hökumət buludu”nda formalaşdırılması, aparılması və təkmilləşdirilməsi, o cümlədən elektron xidmətlərin təşkili və göstərilməsi ilə bağlı dəstək tədbirləri görmək;”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma