Azərbaycan koronovirusun ilk dalğasının pik nöqtəsini geridə qoyub – STATİSTİK TƏHLİL

Azərbaycanda koronavirusa yoluxanların bölgələr üzrə son statistikası açıqlanıb.

TIME rəsmi statistik məlumatların təhlili nəticəsində bildirir ki, ölkədə koronovirusun pik nöqtəsi iyun ayının ikinci yarısını və iyul ayını əhatə edib. Bu dövrdə ən çox yoluxma və ölüm halları qeydə alınıb.

Ölkə üzrə koronavirusa yoluxanların 56.2% paytaxt Bakıya təsadüf edib. Azərbaycanda virusa yoluxanların 54% qadınlar olub, halbuki, dünya üzrə virusun qurbanı daha çox kişilər olub.

Regionlar üzrə yoluxma hallarının əsas hissəsi -15,9% Abşeron rayonunun, 10% Aran, 6,6% Gəncə-Qazax zonalarının və 4,4% Lənkəran şəhərinin payına düşüb. Yoluxanların cəmi 0.8% xaricdən gələn vətəndaşlardır.

Bu arada, Şimal Dağlıq bölgələrində və Naxçıvanda yoluxma hallarının sayı 2%-dək olub, bu da ümumi statistikaya baxdıqda ən aşağı göstəricidir.

Virusa yoluxanların əksəriyyəti 50-59 yaşında (21%) və 30-39 yaşında (18%) olan insanlardır, üçüncü yerdə 60-69 yaşında, sonra isə 40-49 və 20-29 yaşında olan vətəndaşlarımızdır.

Onu da qeyd etmək lazımdır ki, uşaqlar arasında yoluxma halları, ahıl insanlar arasında yoluxma hallarından çoxdur. Belə ki, virusa yoluxanların 5% 0-9 yaş arası uşaqlar, 6% isə 10-19 yaş arasında olan yeniyetmələr və gənclərdir, halbuki 70-79 yaşlılar arasında virusa cəmi 4%, 80 yaşdan yuxarı isə cəmi 2%  insan virusa yoluxub.

Qeyd edək ki, ölkə ərazisində indiyə qədər 836 908 test aparılıb. Aktiv xəstə sayı 1 793 nəfərdir, onlardan 202 nəfər reanimasiyadadır, 31 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Dünya səviyyəli ekspertlərin sözlərinə əsasən, payız aylarında virusun aktivləşməsinin ikinci dalğası gözlənilir, lakin onlar onu da qeyd edirlər ki, məsafə saxlayaraq bütün qaydalara riayət etdiyimiz zaman virusun həddən artıq yayılmasının, ikinci dalğanın qarşısını ala bilərik.

Virusa qarşı vaksinin hazırlanması istiqamətində bir çox ölkədə hazırda tədqiqatlar aparılır, artıq Çin və Rusiya vaksinin testlərini keçirərək tədbiqinə başlayıb. Lakin onun kütləvi şəkildə istehsalı və insanların vaksinasıyasına vaxt tələb olunacaq və bu 2021-ci ilin sonunadək davam edə bilər.

Bu günə olan məlumata əsasən, dünya üzrə 21,8 milyon təsdiqlınmiş yoluxma, 13,9 milyon sağalma halları qeydə alınıb. Virusdan dünya üzrə ölənlərin sayı artıq 773 min nəfərə çatıb.

Aynur Vəliyeva

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma