Şairə Xurşudbanu Natəvanın xatirəsinə “Şuşa” adlanan musiqi layihəsi reallaşdırılıb – VİDEO

Görkəmli Azərbaycan şairəsi Xurşudbanu Natəvanın xatirəsinə həsr edilmiş “Şuşa” adlanan musiqi layihəsi reallaşdırılıb.

TIME “Deyerver.az” xeyriyyə təşkilatının yaydığı məlumata istinadən bildirir ki, yeni layihə çərçivəsində müasir müğənnimiz Rilayanın ifasında “Şuşa” kompozisiyası və klipi hazırlanaraq ictimaiyyətə təqdim edilib.

Layihə çərçivəsində Qarabağın gözəl güşələrindən biri olan Şuşanın gözəlliyi təsvir edilir. Musiqinin müəllifi Natalya Qonçarova, sözlərin müəllifi isə Zəhra Bədəlbəylidir. Klipin rejissoru Natiq Muxtarov, layihə koordinatoru isə Zaur Darabzadədir.

Xatırladaq ki, Xurşidbanu Natəvan — XIX əsr Azərbaycanın görkəmli şairəsi və sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi olub. Onun əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib. Mehdiqulu xan qızı Xurşidbanu Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan оlmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşudbanunun adını vermişdir. Xurşudbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sоnuncu vərəsəsi оlduğu üçün, оnu sarayda «Dürrü yeкta» (Təк inci), el arasında isə «Xan qızı» çağırmışlar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma