Yeni tədris ilində dərslərin yeni qaydada keçirilməsi ilə bağlı təkliflər irəli sürülüb- QEYDLƏR

İctimaiyyət pandemiya dövründə qarşıdan gələn yeni tədris ilində dərslərin yeni qaydada keçirilməsi ilə bağlı maraqlı təkliflər irəli sürüb. Hazırda təkliflər Təhsil nazirliyi tərəfindən qiymətləndirilir və bildirilir ki, məktəblərə tədrisin təşkili ilə bağlı heç bir təlimat verilməyib.

Trend-in verdiyi məlumata əsasən, ictimaiyyətin təqdim etdiyi təkliflər I, V, IX siniflər üçün həftədə üç, X və XI siniflər üçün dərslər tam onlayn qaydada keçirilməsini nəzərdə tutur.

Təkiliflərə əsasən orta məktəblərin I, V, IX sinifləri üçün həftədə üç dəfə, ara siniflər üçün həftədə iki dəfə tədrisi nəzərdə tutan cədvəllər hazırlanmalıdır, X və XI siniflərdə tədris tam onlayn qaydada təşkil olunmalıdır.

Bu arada nədən ibtidai siniflər (I-IV) üçün dərslərin əyani, V-XI siniflər üçün online sürətdə keçirilmədiyi sual doğurur. İbtidai sinif şagirdlərinin nizam-intizam qaydalarını qavramaq və dərsi mənimsəmək üçün müəllimə diqqət yetirməyi öyrənmək ehtiyacı var bu isə ev şəraitində onlayn rejimdə çətin ola bilər. Bundan başqa, bu yaş həddinə aid olan uşaqların koronavirusa yoluxduğu halda belə onu adi soyuqdəymə kimi keçirdikləri beynəlxalq səviyyədə artıq təsdiqlənib və istisna hallarda xəstəlik ağır formada keçə bilər.  

Daha yuxarı sinif şagirdləri isə artıq dərsə diqqət yetirmək alışqanlığı mövcuddur və onlar asanlıqla onlayn dərs texnologiyalarını mənimsəyib onlarda iştirak edə bilərlər. Bundan başqa, bu yaş həddinə aid olan uşaqlar nəzarətdə olması daha məqsədə uyğundur, çünki bəzi şagirdlərin evdən dərs adı ilə çıxıb dərslərdən yayınması halları müşahidə oluna bilər.

Təkliflərə əsasən, tədris planlarında dərnəklər və fakültətivlərə saat ayrılmasın. Baza və praktiki fənlər (tədris dili, xarici dil, riyaziyyat, kimya, fizika) əyani, digər fənlər onlayn-məsafədən tədris edilsin (qarışıq tədris modeli). Fiziki tərbiyə və həyat bilgisi dərsləri mütləq keçirilsin və həmin dərslərə pandemiya və sağlamlığın qorunması ilə bağlı aktual olan mövzu və idman hərəkətləri daxil edilsin. Bu fənlər, xüsusilə fiziki tərbiyə dərsi əlavə dərs cədvəli müəyyən olunaraq tədris oluna bilər.

Bütün qeyd edilən fənlərin onlayn rejmdə keçirilməsi mümkündür. Fizika və kimya dərslərində təcrübələrə gəldikdə isə, şagirdlər üçün öncədən laboratoriyada çəkilmiş video çarxlar hazırlamaq və onların linklərini şagirdlərə göndərmək mümkündür.  

Tədris həftəsi müddətində hər məktəbdə bir həkim və ya tibb bacısının olması təmin olunsun. Xəstəliyə yoluxmuş şagirdlərin təhsili məktəblər tərəfindən məsafədən təşkil olunsun.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə şagirdlərin məktəb binasına müxtəlif qapılardan daxil olmasının təmin edilməsi üçün mövcud olan bütün giriş qapılarından istifadə qaydaları (fərqli siniflər və fərqli otaqlar) müəyyən edilsin.

Bu məsələni həll etmək bir çox hallarda çətin ola bilər, çünki əksər məktəblərin 1-2 giriş-çıxış qapısı mövcuddur, onların sayını artırmaq üçün isə vaxt çox azdır və eyni zamanda əlavə xərclər yaradır.

Məktəb binalarının qarşısında sosial məsafəni gözləmək üçün nişanlayıcı xətlər çəkilsin. Şagirdlərə dərslik komplektləri xüsusi bağlamalarda verilsin. Lazımi elektron avadanlığı olmayan (onlayn dərslər üçün) müəllim və şagirdlər üçün bunlar təmin olunsun.

Azərbaycan təkcə paytaxt Bakıdan ibarət deyil. Nəzərə alsaq ki, hazırda ölkədə işsizliyin səviyyəsi artıb və heçdə bütün ailələrin övladlarına kompüter, planşet və smartfon almaq imkanı yoxdur, hətta tələb olunan sürətlə dayanıqlı internet qoşulmasını təmin etmək  belə problem ola bilər, bu hissə daha dərindən qiymətləndirilməlidir. Bundan başqa, test kitablarının şagirdlərə elektron formada təqdim edilməsi və ya testlərin interaktiv şəkildə işlənilməsinin təşkil edilməsi, elektron dərsliklərin əlçatanlığının təmin edilməsi məqsədə uyğun ola bilər. Bu məsələlər həll olunmasa böyük bir “şagird ordusu” dərsdən kənarda qala bilər.   

Təkliflərə əsasən, məktəb heyəti müvafiq qoruyucu vasitələrlə (lazım olduqda xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska, dezinfeksiya vasitələri) təmin olunsun. Bədən hərarəti yüksək olan şagirdlər məktəbdəki həkimin rəyinə uyğun olaraq məktəbə buraxılmasın. Qapıda termometr və dezinfeksiya aparatı qoyulsun, hər kəs ondan məcburi istifadə etsin.

Təkliflərdə bu da qeyd edilib ki, məktəblərdə davamiyyət məcburi olmasın. Bir dərs 35 dəqiqə, tənəffüs müddəti isə 10 dəqiqə müəyyən edilsin.

Bir gün ərzində maksimum beş dərs (əyani və ya onlayn) müəyyənləşdirilsin. Onlayn dərslərin uçotu aparılsın. Bununla bağlı qanunverici bazaya müvəqqəti əlavə edilsin.

Bu arada məktəblilərin geyim formasının daha sərbəst olması valideynləri əlavə xərclərdən azad edə bilər.

Trend-in verdiyi məlumata əsasən, məktəblərə tədrisin təşkili ilə bağlı Təhsil Nazirliyi tərəfindən heç bir təlimat verilməyib.

Bunu bildirən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov qeyd edib ki, bu təkliflər ictimaiyyətlə qurulan əks əlaqə mexanizmi kimi dəyərləndirilir. O, bildirib ki, məktəblərin hansı formada açılacağı bəlli deyil. Hazırda bununla bağlı müzakirələr aparılır, təkliflər qiymətləndirilir.

Aynur Vəliyeva

Bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma