Dövlət dəstəyi alan özəl Azərbaycan telekanalları əcnəbi serialların nümayişinə başlayır

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

TIME qurumun rəsmi məlumatına istinadən bildirir ki, iclasda Azərbaycan Respublikasında mətbuata əlavə maliyyə yardımının ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli Sərəncamının 2-ci bəndinə uyğun olaraq özəl ümumölkə teleradio yayımçılarına maliyyə yardımının ayrılması müzakirə olunub.

Müzakirələrdən sonra Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına ayrılmış 3 milyon manat  vəsaitin aşağıda qeyd olunan özəl ümumrespublika teleradio yayımçılarının arasında bərabər bölünməsi qərara alınıb:

  • “Lider TV və Radio Azərbaycan” MMC   – 500.000 manat
  • “Xəzər TV” MMC – 500.000 manat
  • “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyası – 500.000 manat
  • “ARB 24” MMC – 500.000 manat
  • “Space Müstəqil Teleradio Şirkəti” MMC – 500.000 manat
  • “Real Təhlil İnformasiya Mərkəzi” MMC – 500.000 manat

Lakin “Lider TV və Radio Azərbaycan” MMC-nin müflis elan olunması barədə məhkəmə prosesi davam etdiyi üçün “Lider TV və Radio Azərbaycan” MMC-yə ayrılmış 500 min manat vəsaitin 400 min manatının birbaşa Milli Televiziya və Radio Şurası tərəfindən “Azərkosmos” ASC və “Radio-televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyi”nə ödənilməsi, 100 min manatının isə “Lider TV və Radio Azərbaycan” MMC-nin texniki imkanlarının artırılması məqsədi ilə onun öz xəzinə hesabına köçürülməsi məqsədəuyğun sayılıb.

İclasda, həmçinin, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün yerüstü yayımçıların televiziya proqramlarında əcnəbi teleserialların yayımının bərpa olunması məsələsi də müzakirə olunub. Yerli serial bazarında rəqabət mühitinin formalaşdırılması və daha keyfiyyətli milli telefilmlərin və serialların istehsalının stimullaşdırılması məqsədilə 01 sentyabr 2020-ci il tarixdən etibarən təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində yerüstü yayımla yayımlanan bütün televiziya proqramlarında əcnəbi teleserialların yayımının bəzi şərtlərlə bərpa olunması haqqında qərar qəbul olunub.

Qərara əsasən, əcnəbi seriallar yalnız 23.00–07.00 vaxt aralığında tam dublyaj olunmuş formada nümayiş oluna biləcək. Bundan əlavə, həftə ərzində hər bir yayımçı 07.00–22.00 arası vaxt aralığında iki efir saatı əcnəbi serial yayımlaya biləcək. Yayımçıları yerli serial istehsalına təşviq etmək məqsədilə həftə ərzində həmin vaxt aralığında (07.00-22.00) yayımlanan hər beş efir saatı yerli serialdan əlavə bir efir saatı əcnəbi serial yayımlanması mümkün olacaq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma