Bu gündən etibarən TIME oxucu auditoriyasını artırmaq məqsədi ilə “Multilingual” rejimə keçir.
Bildiririk ki, saytın rus dilində fəaliyyət göstərməsinə baxmayaraq onu artıq onlarla dildə oxumaq imkanı mövcuddur.
Bunun üçün oxucularımız baş səhifənin sağ hissəsində yaradılmış “Перевести” (Tərcümə etmək) bölümündə istənilən dili seçib saytın məzmunu ilə tanış ola bilərlər. Misal üçün, xəbər Azərbaycan dilində olduğu halda, siz onu rus dilində oxumaq istəyirsinizsə və seçimlər sırasında rus dilini tapa bilmirsinizsə, bu halda ayrı bir dili seçirsiniz və sonradan bir daha rus dilini tapmağa cəhd edirsiniz, bu dəfə artıq tərcümə üçün təqdim edilən dillər siyahısının yuxarısında rus dilini tapacaqsınız. Eyni qayda ilə Azərbaycan dilinə tərcüməni də edə bilərsiniz.

Bundan başqa, saytımızda artıq “Axtarış” imkanı da əlavə edilib, ondan yararlanmaq üçün baş səhifənin sağ hissəsində yaradılmış axtarış sətrinə mövzunu və ya sözü yazaraq axtarış düyməsini basmaq tələb olunur.
Saytımıza smartfon və planşet vasitəsi ilə daxil olan oxucularımız, tərcümə və axtarış imkanlarından, xəbər bloklarını keçərək, səhifənin aşağı hissəsində faydalana bilərlər.
Gələcəkdə saytın tam Azərbaycan dili versiyasını işə salmağı planlaşdırırıq, lakin hazırda koronovirus pandemiyası ilə bağlı olaraq, layihələrimizi ertələməli olmuşuq.
Time.Net.Az internet portalı eyni zamanda PR və reklam xidmətləri göstərir.
Time.Net.Az internet portalı yerli və xarici şirkətlərlə PR və reklam sahəsində kommersiya əsaslı əməkdaşlıq etməyə hazırdır. Xidmətlər dövlət, sosial, mədəniyyət yöndəmli tədbirlərin mətbuatda işıqlandırılması, yeni məhsulların və xidmətlərin təqdimatları haqda məqalələrin yazılması, dünya səviyyəli yerli əhəmiyyətli şirkətlərin aparıcı mütəxəssisləri və rəhbərləri ilə müsahibələrin hazırlanmasını nəzərdə tutur. Bu materiallar özəl şirkətlərin və dövlət qurumlarının gündəmə gətirilməsində maraqlı olduğu mövzularda materialların hazırlanmasını qeyd edilən portalda yerləşdirilməsini nəzərdə tutur. Bununla yanaşı, şirkətlərə ictimaiyyətin maraqlarına cavab verən press-relizlərin hazırlanması və saytımızda yerləşdirilməsi xidmətləri göstərilir. Eyni zamanda analitik məqalələrin yazılması və rüblük, yarımillik, illik hesabatların hazırlanması sahəsində xidmətlər təqdim edilir.
Tərcümə xidmətləri
Məqalələr, müsahibələr, press-relizlər və hesabatlar Azərbaycan və rus dillərində hazırlanır. Müştərinin istəyi əsasında qeyd edilən xidmətlər bir və ya iki dildə (Azərbaycan və rus dillərində) hazırlana bilər.
Göstərdiyimiz tərcümə xidmətləri vakansiya elanlarının, tender elanlarının və digər məzmunda elanların və materialların Azərbaycan dilindən rus dilinə və əks istiqamətdə tərcüməsini nəzərdə tutur.
İnternet portalının üstünlüyü onun onlayn rejimdə fəaliyyət göstərməsi və qısa zamanda şirkətiniz üçün vacib olan materialın hazırlanaraq və ya tərcümə edilərək internet resursda yerləşdirilməsinə və sosial şəbəkələrdə sizə maraqlı olan auditoriyaya paylaşılmasına imkan verir. Sifarişlə hazırlanmış və dərc edilmiş materialların linki tez bir vaxta sifarişçiyə təqdim edilir və o bu materialla istədiyi insanlarla və tərəfdaşları ilə paylaşa bilər.
Məqalələrə, müsahibələrə və press-relizlərə video çarxlar və foto şəkillər əlavə edilə bilər. Hətta şirkət əlavə ödəniş edərək reklam çarxını press-reliz ilə birgə saytda yerləşdirə bilər. Bütün materiallar http://www.time.net.az saytına yerləşdirildiyi an Facebook, Linkedin, Twitter və İnstagram kimi sosial şəbəkələrində paylaşılır.
Xidmət tariflərimiz
Xidmət tarifləri sifarişin həcmindən və əməkdaşlığın müddətindən asılı olaraq dəyişir:
6-8 min işarə həcmində məqalənin və ya müsahibənin hazırlanması – 250 AZN
Məqalənin və ya müsahibənin saytda yerləşdirilməsi və sosial şəbəkələrdə paylaşılması – 250 AZN
Press-relizə video çarxın əlavə edilməsi – 100 AZN
Press-relizlərin yerləşdirilməsi – 100 AZN
Bir press-relizin bir dildə hazırlanması (2-3 min işarə) – 100 AZN
Press-relizin, məqalənin, müsahibənin və ya digər materialın rus dilindən azərbaycan dilinə və ya əks istiqamətdə tərcüməsi hər 2-3 min işarəyə görə 50 AZN təşkil edir
Banerlərin http://www.time.net.az saytında yerləşdirilməsi tarifləri danışıqlar əsasında müəyyən edilir
Şirkət müdirinin korporativ tədbirdə çıxış nitqinin hazırlanması – həcmi 3 000 işarə – 250 AZN
Şirkət müdirinin işçilərinə elektron müraciəti – 100 AZN
Dayanıqlı inkişaf hesabatının hazırlanması – 5 min AZN
Şirkətin xarici PR Konsepsiyasının aylar üzrə bölərək hazırlanması – 2 min AZN
Şirkətin daxili PR strategiyasının hazırlanması – 2 min AZN
Şirkətin illik hesabatının strukturunun təqdimat formasında hazırlanması 2 500 AZN
Şirkət üçün müxtəlif mövzuda sorğu suallarının hazırlanması – 100 AZN
Korporativ reklam video çarxının (3 dəqiqəyədək) ssenarisinin təqdimat formasında hazırlanması – 500 manat
Şirkətiniz ilə davamlı əməkdaşlığa şad olarıq.
Hörmətlə, jurnalist, fərdi sahibkar və Time.Net.Az internet portalının sahibi Aynur Vəliyeva
Email: aveliyeva@gmail.com
Tel.: 050 778 06 75
Diqqətinizə görə təşəkkür edirik!