TIME “Multilingual” rejimdə işləyir

TIME oxucu auditoriyasını artırmaq məqsədi ilə “Multilingual” rejimdə fəaliyyət göstərir.

Bildiririk ki, saytın azərbaycan və rus dillərində fəaliyyət göstərməsinə baxmayaraq onu artıq onlarla dildə oxumaq imkanı mövcuddur.

Bunun üçün oxucularımız baş səhifənin sağ hissəsində yaradılmış “Перевести” (Tərcümə etmək) bölümündə istənilən dili seçib saytın məzmunu ilə tanış ola bilərlər. Misal üçün, xəbər Azərbaycan dilində olduğu halda, siz onu rus dilində oxumaq istəyirsinizsə və seçimlər sırasında rus dilini tapa bilmirsinizsə, bu halda ayrı bir dili seçirsiniz və sonradan bir daha rus dilini tapmağa cəhd edirsiniz, bu dəfə artıq tərcümə üçün təqdim edilən dillər siyahısının yuxarısında rus dilini tapacaqsınız. Eyni qayda ilə Azərbaycan dilinə tərcüməni də edə bilərsiniz.  

Bundan başqa, saytımızda artıq “Axtarış” imkanı da əlavə edilib, ondan yararlanmaq üçün baş səhifənin sağ hissəsində yaradılmış axtarış sətrinə mövzunu və ya sözü yazaraq axtarış düyməsini basmaq tələb olunur.    

Saytımıza smartfon və planşet vasitəsi ilə daxil olan oxucularımız, tərcümə və axtarış imkanlarından, xəbər bloklarını keçərək, səhifənin aşağı hissəsində faydalana bilərlər.  

Leave a Reply